Azərbaycanlı qadınların Trabzon və Çankırı macəraları Şok təfərrüat


Kriminal 14 Noy 2018 23:29:00 285 0

Azərbaycanlı qadınların Trabzon və Çankırı macəraları  Şok təfərrüat

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Ağdaş şəhər sakini, 1964-cü il təvəllüdlü Tünzalə Vəliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Tünzalə Vəliyeva qadınları aldatmaq yolu ilə cinsi istismar etmək qərarına gəlib. Onun ilk qurbanı 2015-ci ilin avqust ayının sonlarında Trabzon şəhərində rastlaşdığı Samirə Məmmədova olub.

Çankırıda fahişəlik etdi

Tünzalə Vəliyeva onu Çankırı şəhərində işə düzəldəcəyini vəd edib. Samirə Tünzalənin yalan vədinə inanıb və həmin ilin avqust ayının sonlarında onunla birgə Çankırı şəhərinə gedib.

Orada Samirənin ümumvətəndaş pasportunu əlindən alıblar. Həmin ilin sentyabr ayınadək Samirə kişi müştərilərlə görüşüb, pul ödənişi müqabilində cinsi əlaqədə olmağa məcbur edilib.

Rüsvay edəcəyi ilə hədələdi

Daha sonra Tünzalə Vəliyeva hədə-qorxu, məcburetmə vasitəsi ilə cinsi istismar etmək məqsədi ilə 2015-ci ilin sentyabrında Trabzon şəhərində Nəzakət adlı qadını hədələyib. O, Nəzakətin Sevdanın nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib.

Tünzalə hədə-qorxulardan sonra Nəzakəti Çankırı şəhərindəki adamı Qərənfilin yanına gətirməyə müvəffəq olub.

İki ay kişilərlə görüşdü

Orada Tünzalə və Qərənfil hədə-qorxu yolu ilə Nəzakəti kişi müştərilərlə görüşdürüb, pul qazanmağa başlayıblar. Təzyiqlərə məruz qalan, Nəzakət orada iki ay kişilərlə cinsi əlaqədə olub.

Nəzakətdən sonra Tünzalənin növbəti qurbanı Nərgiz adlı qadın olub. O, Nərgizlə həmin il noyabrın 6-da Çankırı şəhərində rastalaşıb.

Zəyifliyindən istifadə etdi, kişilərlə görüşdürdü

Tünzalə Nərgizin Azərbaycana qayıtmaq imkanı olmadığını bilib, onun çətin vəziyyətdə sui-istifadə etmək qərarına gəlib.

Beləliklə, Tünzalə noyabrın 7-dən dekabrın 5-dək olan müddətdə Nərgizi Çankırıda pul ödənişi müqabilində kişi müştərilərlə görüşməyə məcbur edib.

Cinsi əlaqədə olmasını təklif etdi