Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul


Digərləri 14 Noy 2018 23:20:00 271 0

Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul

Desəm ki, günümüzdə uşaqlarını xüsusən oğlan uşaqlarını yalnız yatarkən qucaqlayan və əzizləyən valideynlər var, inanarsınızmı?

Bəli, onlar bizim aramızda yaşayır, işləyir, çalışırlar. Bu növ valideynlər düşünürlər ki, uşaq valideyndən nə qədər çox fiziki nəvaziş, qayğı və sığal görərsə tərbiyə prosesi bir o qədər mürəkkəbləşər və uşaqlar ipə-sapa yatmazlar.

Nədənsə bu növ valideynlər "qadın kişidən nə qədər qorxarsa bir o qədər yaxşıdır" prinsipinin tərəfdarlarını xatırladır. Həqiqətdə isə qan və canla yaxın olan insanlar arasında fiziki nəvazişin ən yüksək forması olan "sarılma" münasibətlərin sağlamlığı və balansı üçün çox önəmlidir. Son.az vib.az-a istinadən bildirir ki, ailə psixoloqu Virginia Satir qeyd edir:

"Yaşam üçün bizim gündə 4, mənəvi bərpa üçün gündə 8, böyümək və inkişaf etmək üçün isə gündə 12 dəfə qucaqlaşma ehtiyacımız var".

Anladığınız kimi körpənin və uşaqların qucaqda olmaq və qucaqlaşmaq niyyəti ərköyünlük yox, mənəvi və psixoloji bir ehtiyacdır. Cəmiyyətdə sezdiyimiz qaraqabaq, üzügülməz və passiv aqressiv insanların böyük əksəriyyətinin çox ehtimal ki, uşaqlıqda "qucu-qucu" ehtiyacları ödənilməmiş və ya cüzi ödənilmişdir.

Cəmiyyətdə sezilən digər bir xoşagəlməz hal, xüsusən yeniyetməlik dövründə qarşı cins tərəflərinin bir-birində fiziki nəvaziş və təsəlli tapmağın eybəcər bir formada həyata keçirmələridir. Məşhur amerikalı psixoloq Gary CHapman "5 languages of love" kitabında bunun izahını çox gözəl şəkildə oxuyucularına çatdırır. Müəllif qeyd edir ki, əksər yeniyetmələrin istər qız, istərsə də oğlan tərəfindən qeyri-rəsmi cinsi münasibətlərə can atmasının səbəbi yaxın ailə üzvlərindən emosional və fiziki nəvaziş görməmələrindən qaynaqlanır. Kim bilərdi ki, yeniyetməlik dövründə erkən hamiləliklərin artması, yeniyetmə depressiyaları və aqressiyaları və bu kimi xoşagəlməz hallara profilaktika sadəcə qucaqlaşmaq ola bilər? Əslində bunun biokimyəvi səviyyədə baş verən və elm tərəfindən açıqlanan səbəbləri vardır. Bəli, yenə də hormonlar!