Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır


Dünya 14 Noy 2018 22:32:00 274 0

Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır

Almaniya kansleri Angela Merkel Avropa İttifaqına (Aİ) məxsus ordunun yaradılması ideyasını dəstəkləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, AFR hökumətinin rəhbəri Avropa Parlamentinin Strasburqda keçirilən iclasında deyib: "Biz gələcəkdə əsl Avropa ordusunun yaradılması ideyasının həyata keçirilməsi üzərində iş aparmalıyıq".

Merkelin sözlərinə görə, özünün ordusu olan Avropa bütün dünyaya göstərəcək ki, bu qitədə bir daha müharibələr olmayacaq. Kansler vurğulayıb ki, bu addım NATO üçün də faydalı olacaq.