Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq cərimə və ömürlük həbs cəzası MƏHKƏMƏ


Dünya 14 Noy 2018 22:39:00 249 0

Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq cərimə və ömürlük həbs cəzası  MƏHKƏMƏ

Dünyanın ən böyük narkotik təşkilatı olan "Sinaloa Kartel"in lideri, "El Çapo" (Cücə) ləqəbli Xoakin Qusman Leora ilk dəfə hakim qarşısına çıxıb.

Son.az xəbər verir ki, Nyu Yorkun Bruklin Federal Məhkəməsində təşkil edilən prosesdə Qusman mütəşəkkil cinayətkar dəstə qurmaq, narkotik alış-verişi, çirkli pulları yumaq kimi 17 müxtəlif cinayətdə ittiham edilib.

Ayrlarla davam edəcəyi ehtimal edilən məhkəmə prosesində iştirak edəcək jüri heyətinin üzvləri təzyiq və təhdidlərdən qorunmaq üçün gizli saxlanılır.

61 yaşlı meksikalı narkotik alverçisi 22 aydır Manhettenin cənubunda kiçik, pəncərəsiz bir hücrədə həbs edilib. Haqqındakı ittihamları rədd edən El Çapoya ömür boyu həbs və 14 milyard dollar məbləğində cərimə cəzası tələb edilib.