Orta yaşlı piyadanı maşın vurub


Digərləri 14 Noy 2018 22:25:00 229 0

Orta yaşlı piyadanı maşın vurub

Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu "QAZ-24" markalı avtombil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.