Loqopediya elmin nitq pozuntularını öyrənən sahəsidir


Digərləri 14 Noy 2018 22:19:00 314 0

Loqopediya elmin nitq pozuntularını öyrənən sahəsidir

Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür. 2004-cü ildən keçirilən bu gün loqopedlərin peşə bayramı hesab olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir. Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur.

Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.