"Səhnədə yıxıldım, tamaşaçılar elə bildi ki, oynayıram" Azərbaycanlı aktrisa başına gələn hadisədən danışdı FOTO


Kriminal 14 Noy 2018 22:02:00 364 0

"Səhnədə yıxıldım, tamaşaçılar elə bildi ki, oynayıram"  Azərbaycanlı aktrisa başına gələn hadisədən danışdı  FOTO

Əməkdar artist Nübar Novruzova səhnədə başına gələn hadisələrdən danışıb. Son.az-a açıqlama verən aktrisa illər öncə səhnədə yıxıldığını bildirib:

"Təmirsiz bir klubda tamaşa oynayırdıq. Yer nəmişlik idi, döşəmədəki boşluğa nazik taxta qoyub, üstündən xalça sərmişdilər. Mən bilmirdim ki, xalça sərilən yer boşluqdur. Səhnəyə çıxanda boşluğa düşdüm, qıçım, qolum əzildi. Səhnədə axsayırdım, tamaşaçılar elə bilirdilər ki, tamaşa oynayıram. Elə vaxt olub ki, 40 dərəcə ilə gəlib tamaşa oynamışam, amma hiss etməmişəm. Səhnədən düşəndən sonra hiss etmişəm ki, xəstəyəm. Biz bu ağrıları səhnədə hiss etmirik, əksinə səhnədə unuduruq" .

Əli Novruzəliyev Son.az


Xəbərə aid fotolar