Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"


Kriminal 14 Noy 2018 22:06:00 281 0

Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Abıyev 3 il azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalından həbs olunub.