Zenfira jurnalisti döyməklə hədələdi: "Elə etmə səni vurum"


Şou-biznes 14 Noy 2018 22:10:00 278 0

Zenfira jurnalisti döyməklə hədələdi: "Elə etmə səni vurum"

Müğənni Zenfira İbrahimova jurnalist Pərviz Hüseynlə mübahisə edib. 

Milli,Az axşam.az-a istinadən xəbər verir ki, hadisə rəqqasə Fatimə Fətəliyevanın klip təqdimatında baş verib. Zenfira onun türkiyəli ifaçı Yıldız Tilbenin konsertindəki ifasından yazan jurnalisti tənqid etməyə başlayıb. 

İbrahimovanı qıcıqlandıran yazıda qeyd edilən "Zenfira səhnəyə çıxaraq əvvəlcə Yıldız Tilbeni tərifləyib, sonra mahnı ifa edəcəyini deyib. Tilbe isə əvvəlcə Zenfira ilə duet oxumaq istəsə də, sonra onun səsini eşidən kimi istəyindən vazkeçib və kənarda oturub. Zenfira bir mahnı ifa etdikdən sonra narazı ifadə ilə səhnədə qalan Yıldıza ikinci mahnını duet oxumaq istədiyini deyib, lakin müğənni Zenfiraya reaksiya verməyib. Sonda Zenfiraya alqış istəyən Yıldız konsertinə davam edib" sözləri olub. 

Müğənni jurnalistə bildirib ki, bu cümlələrlə onu təhqir edib. Daha sonra Zenfira ondan dərhal yazını silməsini tələb edib. Bunu etməyəcəyini deyən Pərvizi ifaçı əvvəlcə məhkəmə ilə hədələyib:

"Gəlib məhkəmədə mənə yalvarmayacaqsan ki? Sən elə belə danışacaqsan?".