3800 illik tarixi kəşf Hitit dövrünə aid abidə


Digərləri 14 Noy 2018 21:40:00 396 0

3800 illik tarixi kəşf  Hitit dövrünə aid abidə

Türkiyənin Çorum vilayətinin Boğazkale rayonunda aparılan arxeoloji qazıntılar zamanı qədim əşyalar tapılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Hattuşa qədim şəhərində bəzi dini rituallarda istifadə edilən binanın iki hissəsində 3500 və 3800 illik 75 ədəd küp tapılıb.

Qazıntıları aparan arxeoloji qrupun rəhbəri professor Andreas Şakahner bu il aparılan tədqiqatlarda əvvəlki illərdə başlayan Hitit dövrünə aid böyük binanın qalan hissəsini açmağa çalışdıqlarını bildirib. Ərazidə mixi yazılı mətnlər tapılıb və bu yazılara əsasən, bina bəzi dini rituallar üçün nəzərdə tutulub. Bu il qazıntılar zamanı 3500 illik qablar, keçi və yumruq formasında qablar tapılıb. 50 metr uzunluğu, 300 metr eni olan bina iki hissəlidir. Hitit dövründə qurulan və imperiya zamanı yenidən təmir edilən binada 75 küp tapılıb.


Xəbərə aid fotolar