Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"


Digərləri 14 Noy 2018 21:46:32 240 0

Dostunu bıçaqladı, 3 il "gün üzü görməyəcək"

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Həsənağa Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Abıyev 3 il azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və H.Abıyev məhkəmə zalından həbs olunub.