Ana olduqdan sonra arıqlaya bilmir


Digərləri 14 Noy 2018 21:12:00 272 0

Ana olduqdan sonra arıqlaya bilmir

Aktrisa Eva Lonqoriya bir neçə ay əvvəl ilk dəfə ana olub. Məşhur ulduz bu müddət ərzində çalışsa da, arıqlaya bilməyib. 

Son.az axşam.az-a istinadən məlumatına görə, Lonqoriya pəhriz saxlamadığını etiraf edib. O, analığından zövq aldığını bildirib. Eva idmanla arıqlamağa çalışdığını söyləyib. 

"Bir il əvvəl geyindiyim paltarlara yenidən sığmaq üçün özümü heç bir ləzzətdən məhrum etmirəm. Amma idmanla çalışıram çəki atım" deyə, aktrisa söyləyib.