Koçaryana qarşı yeni ittihamlar irəli sürüldü


Digərləri 14 Noy 2018 20:52:00 244 0

Koçaryana qarşı yeni ittihamlar irəli sürüldü

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib.

O, bildirib ki, daha əvvəl Koçaryana qarşı irəli sürülən ittihamlarda dəyişikliklər edilərək müəyyən elementlər əlavə olunub. Lakin onların sırasında sürprizedici yeni "ifşalar" yoxdur.

"Cinayət işinə yeni əlavələr edilib, amma ittihamların mahiyyətində dəyişiklik yoxdur. Onlar elə eyni maddələr üzrə irəli sürülən ittihamlardır", - deyə Xudoyan vurğulayıb.