Mir Cəlal Paşayevin ev müzeyi ziyarət edilib


Digərləri 14 Noy 2018 21:00:00 313 0

Mir Cəlal Paşayevin ev müzeyi ziyarət edilib

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun bir qrup ziyalı və məktəbliləri yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ev müzeyini - "Ədibin Evi"ni ziyarət ediblər.

Son.az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və ziyarətçilər yaradılan şəraitlə yaxından tanış olublar.


Xəbərə aid fotolar