“Paxıllıqdan ağızlarına gələni yazırlar”


Şou-biznes 14 Noy 2018 20:20:00 307 0

“Paxıllıqdan ağızlarına gələni yazırlar”

"2017-ci ilin may ayında Bodrumda otelin açılışında iştirak etmişik və həmin vaxt səhifəmdə videolar, şəkillər paylaşmışam. Ancaq heç kim o vaxt bu görüntülərə belə reaksiya verməmişdi". 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Nura Suri transparan geyimini müzakirə edənlərə cavab verərkən deyib. 

O, həmin fotonun il yarım bundan əvvəl lentə alındığını bildirib: "Açılış zaman jurnalistlər ona diqqət etməli idi ki, dünya ulduzları arasında həmin vaxt 3 azərbaycanlı müğənni- mən, Nigar Camal və Samir Cavadzadə olub. Biz həmin tədbirdə gözəl görünməli idik.  Çünki dünya səviyyəli bir açılış idi. Düşünmürəm ki, paltarımda bir problem var.  Üstündən il yarım vaxt keçib, amma indi reaksiya verirlər.