"Biri Türkana qoluşub, digəri "banda" yaradıb..." Meyxanaçı Vüqar "daşı daş üstündə qoymadı"
Şou-biznes 14 Noy 2018 20:08:00 242 0
Meyxanaçı Vüqar Əbdülov həmkarlarının onu qınamasına cavab verib.
Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səhər-səhər" verilişində deyib ki, artıq heç bir meyxanaçı ilə bir araya gəlməyəcək:
"Efirlərin heç birində meyxanaçıların adını çəkib onlara şərəf verməyəcəm. Onları dostluğa, əməkdaşlığa səslədim, başa düşmədilər. Ancaq öz işimlə, fəaliyyətimlə məşğul olacam.
Mənim dediyim kompozisiyalar indi də yaşıyır. Çox müğənni ilə oxudum, heç birində meyxanaya xələl gətirmədim. Bu gün edənlərlə işim yoxdur".
Mənbə: milli.az