Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir


Dünya 14 Noy 2018 19:48:00 234 0

Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir

Jurnalist Camal Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

Onun sözlərinə görə, jurnalistin ölümü ilə bağlı əmr Səudiyyə Ərəbistanı hökumətindəki yüksək vəzifəli şəxslərdən gəlib.

Ö.Çelik əlavə edib ki, Ankara C.Xaşuqcinin qatillərinin Türkiyəyə verilməsində maraqlıdır.