Bakı sakinləri hansı milli yeməyə üstünlük verir? SORĞU


Digərləri 14 Noy 2018 19:24:00 330 0

Bakı sakinləri hansı milli yeməyə üstünlük verir?  SORĞU

Bakı sakinlərinin ən çox sevdikləri milli yemək dolmadır. 

Son.az bildirir ki, bu qənaətə "ACT Azərbaycan" paytaxtda keçirdiyi sorğu nəticəsində gəlib. 

Bakı sakinlərinin milli mətbəxdə sevimlisi dolmadır (84 %). Bir az fərqlə plov ikincidir (77 %). Paytaxt sakinlərinin təqribən dörddə biri (27 %) kabab, beşdə biri isə (22 %) bozbaş həvəskarıdır. Sulu yeməklərdən dovğa sevimli milli xörəklər siyahısında beşincidir (15 %). Sıralamanı xəmir xörəkləri düşbərə (14 %), xəngəl (13 %) və qutab (11 %) davam etdirir. Bakı sakinlərinin sevimli xörəkləri arasında Şəki pitisi (8 %) və Lənkəran ləvəngisi (7 %) də yer alır.  Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.