Slovakiya Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb


Siyasət 14 Noy 2018 19:10:00 212 0

Slovakiya Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri noyabrın 14-də başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.