Siyavuş Novruzov: Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın


Digərləri 14 Noy 2018 18:44:00 225 0

Siyavuş Novruzov: Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın

Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, uğurlu media siyasəti həyata keçirilir.

Bakı. “Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, uğurlu media siyasəti həyata keçirilir. Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı var. Biz hal-hazırda Milli Məclisdə Azərbaycan Respublikasının Dövlət büdcəsini müzakirə edirik. Büdcədən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) kifayət qədər vəsaitlər ayrılıb. O cümlədən bir sıra qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub”. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.