Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək


Kriminal 14 Noy 2018 17:41:00 252 0

Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək

Noyabrın 15-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçiriləcək.

Son.az bildirir ki, teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xatirə tədbirində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Həsənağa Turabovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkarın oynadığı tamaşalardan səhnələr nümayiş etdiriləcək.

Anım tədbirinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.