Kompüterdə işləməyi bacarmayan nazirin istefası tələb olunur


Dünya 14 Noy 2018 17:12:00 275 0

Kompüterdə işləməyi bacarmayan nazirin istefası tələb olunur

Yaponiyanın kibertəhlükəsizlik naziri Yoşitaka Sakurada parlamentin aşağı palatasında fərdi kompüterdə işləməyi bacarmadığını dilə gətirib.

Son.az report-a istinadən bildirir ki, müxalifətçi millət vəkillərinin suallarını cavablandıran 69 yaşlı nazir kiçik yaşlardan əmək fəaliyyəti ilə məşqul olduğunu, vaxt azlığı üzündən kompüteri öyrənə bilmədiyini deyib.

"Sonra müxtəlif vəzifələrə getdim, işçilərimə göstəriş vetrməyə başladım. Beləliklə, klaviaturanı taqqıldatmağa artıq ehtiyacım da yoxdur", - nazir bildirib.

Onun bu sözləri bir çox millət vəkillərinin təəccübünə və hiddətinə səbəb olub.