Millət vəkili: Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır


Digərləri 14 Noy 2018 16:52:52 216 0

Millət vəkili: Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır

Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır.

Bakı. Elçin Mehdiyev – Bir sıra müəssisə və səhmdar cəmiyyətləri özəlləşdirməyin vaxtıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir: "Bəzi Avropa ölkələrində 18 yaşa qədər olan uşaq və yeniyetmələrə müəyyən müavinətlər verilir. Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Azərbaycanda da buna müəyyən islahatlarla nail olmaq olar".