Deputat: I qrup əlilə qulluq edən ailə üzvünə əmək stajı və məvacib hesablansın


Digərləri 14 Noy 2018 16:45:00 225 0

Deputat: I qrup əlilə qulluq edən ailə üzvünə əmək stajı və məvacib hesablansın

Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir.

Bakı. Elçin Mehdiyev - Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə, insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib. Deputat bildirib ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır. “Çünki hazırda ƏƏSMN-nin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin”. Millət vəkili çıxışında şəhid hərbi qulluqçuların vərəsələrinə verilən pullara da toxunub: