“Atam öləndən sonra Allahdan küsdüm”


Şou-biznes 14 Noy 2018 16:31:00 352 0

“Atam öləndən sonra Allahdan küsdüm”

12 yaşımda atam rəhmətə getdi, mənim üçün böyük şok yaşandı. Çünki atamı özümdən də çox istəyirdim. O, öləndən sonra Allahdan küsdüm. Başa düşmədim ki, atamı məndən niyə aldı...

Son.az qafqazinfo-ya istinadən  xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, verilişdə atasının vəfat etməsindən sonra çətin günlər yaşadığını qeyd edib: "17 yaşıma kimi özümü tapa bilmədim, çox kədərli idim. 2-3 il qəbiristanlığa daimi olaraq getdim. Elə bilirdim ki, məni ancaq o başa düşür". 

Dilarə efirdə uşaqlaqlıq xatirələrində də söhbət açıb: "6 yaşım var idi, atam məni xareoqrafiya məktəbinə yazdırmaq istədi. Ayaqlarım çox kiçik olduğundan məni balerina kimi götürmədilər. Dedilər ki, bir il sonra gələrsiz. Milli rəqslərə getməyimi təklif etdilər. 


Xəbərə aid fotolar