"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb


Digərləri 14 Noy 2018 16:22:00 273 0

"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib.

Bakı. İlhamə İsabalayeva - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib. Nazirlikdən Trend-ə verilən məlumata görə, monitorinqlər milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda keçirilir. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Abşeron yarımadası, Neftçala, Oğuz və Şabran rayonlarında “quş qripi” xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə köçəri və ev quşlarından 148 qan və patoloji nümunələr götürüblər. Götürülmüş materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.