Razim İsayev səhiyyə məmuruna 100 min dollar rüşvət verdiyini deyir


Dünya 14 Noy 2018 15:45:00 349 0

Razim İsayev səhiyyə məmuruna 100 min dollar rüşvət verdiyini deyir

Qazaxıstanda Səhiyyə Nazirliyinin əczaçılıq və tibb fəaliyyətinə nəzarət Komitəsinin keçmiş sədri, "Milli elmi tibbi mərkəz" Səhmdar Cəmiyyətinin direktorlar şurasının rəhbəri Nazarbek Beysen azərbaycanlı biznesmendən 100 min dollar rüşvət almaq ittihamı ilə məhkəmə qarşısında dayanıb. Və hakim bu ittihamı sübut edəcək dəlillər olmadığını əsas gətirərək ona bəraət verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan olan biznesmen Razim İsayev 2014-cü ildə Səhiyyə Nazirliyinin məmuruna 100 min dollar rüşvət verərək dağınıq skleroz xəstəliyinə qarşı "Tysabri" pereparatının Qazaxıstanın dərman formulyarına daxil edilməsinə nail olmaq istəyib. Bu, həmin pereparatı istehsal edən şirkətin Qazaxıstan Səhiyyə Nazirliyinin tenderində qalib gəlməsinə imkan verəcəkdi.

R.İsayev iddia edib ki, rüşvəti məmura vasitəçi Bukeyxan Kaypnazarovun köməyi ilə verib. Pullar Azərbaycandan Türkiyəyə "həvalə" yolu ilə ötürülüb. Lakin Nazarbek Beysen rüşvəti alsa da vədinə əməl etməyib.

Bu şikayət əsasında 2018-ci ilin may ayında Nazarbek Beysenə qarşı cinayət işi qaldırılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.