"Su tam çəkildikdən sonra dəyən ziyan məlum olacaq"


Digərləri 14 Noy 2018 15:27:00 262 0

"Su tam çəkildikdən sonra dəyən ziyan məlum olacaq"

Lənkəran rayonunda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli maddi ziyan vurub.

Son.az bildirir ki, bu barədə reportun Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev subasmalar zamanı yaranan problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verərəkən bildirib. 

M.Babayev qeyd edib ki, sel sularının həyətlərə dolması zamanı dağıntı ilə bağlı hələlik məlumat daxil olmayıb: "İcra nümayəndəliklərinə bu barədə göstəriş verilib ki, hər hansı bir müraciət daxil olarsa məlumat verilsin. Həyətlərdə olan su quyuları çirkab sularla dolduğundan müraciət edənlərin quyularının suyu çəkilərək boşaldılır. Hazırda sular çəkilib. Hansı ərazilərdə sel suları qalıbsa o istiqamətlərdə texnikalar işləyir. İki-üç günə su tam çəkildikdən sonra dəyən ziyan məlum olacaq".