14 noyabr Ümumdünya Diabet Günüdür


Digərləri 14 Noy 2018 15:14:00 388 0

14 noyabr  Ümumdünya Diabet Günüdür

Kanada fizioloqu Frederik Bantinqin uşaqlıq dostu şəkərli diabet xəstəliyindən vəfat edib. Faciəli hadisə onu həmin xəstəliyin müalicəsi üçün vasitə tapmaq barədə axtarışa təhrik edib.

Son.az Trend-ə istinadən bildirir ki, Qədim Roma təbibləri Sels və Aret bəzi xəstələrdə çoxlu sidik ifrazı, həddən artıq susuzluq əmələ gəldiyi və çəki itkisini qeyd edirdi. XVII əsrdə ingilis həkimi Tomas Uillis isə həmin əlamətlər olan xəstələrdə sidiyin şirintəhər dada malik olduğunu vurğulayırdı. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə daxil olan qan nəticəsində diabetə səbəb olması müəyyən edilmişdi.