Azərbaycan Kubokunda 4 oyunçu əvəzləməsi olacaq


İdman 14 Noy 2018 15:16:00 280 0

Azərbaycan Kubokunda  4 oyunçu əvəzləməsi olacaq

"Azərbaycan kubokunda qalib olacaq komandaya "Qarabağ", "Neftçi" və "Qəbələ"nin uğurlarını təkrarlamağı arzulayıram". 

Goal.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

R.Musayev bildirib ki, ilk dəfə olaraq Azərbaycan Kubokunda 4 əvəzetmə limiti tətbiq olunacaq: "Yarışın sponsoru yoxdur. Özümüz təşkil edəcəyik. Kubokda az sayda - 12 komandanın iştirakı nə AFFA-nın, nə də PFL-in günahıdır. Çempionatımız kimi kubokun da maraqlı keçəcəyinə inanıram".