Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirildi FOTO


Kriminal 14 Noy 2018 15:05:00 344 0

Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirildi  FOTO

Beynəlxalq Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində xanəndə Təhmiraz Şirinovun yubiley gecəsi keçdi.

Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 illiyi və yaradıcılığının 50 illiyi qeyd olundu.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi. Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

Gecənin əvvəlində Təhmiraz Şirinovun  ifasında mahnılardan ibarət videoçarx nümayiş olundu.

Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat  yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışdı.

Tədbirdə Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov,  S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun  sənət yolu haqqında söylədilər.


Xəbərə aid fotolar