Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur


Digərləri 14 Noy 2018 15:00:12 285 0

Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur

Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur.

Bakı. Samir Əli - Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur. Bunu Trend-ə “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. B.Quliyev bildirib ki, E.Teoxarus Azərbaycan ictimaiyyətinə çox yaxşı tanışdır: "Bir çoxlarına Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri, bunun nəticəsində "ölkəyə girişi arzu olunmayan şəxslərin siyahısı”na daxil edilməsi və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan Avropa Parlamentinin Kiprdən olan üzvü növbəti qalmaqalla gündəmə gəlib. Ekspert vurğulayıb ki, erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə "ölkəyə girişi arzu olunmaz şəxs" elan olunub: