Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi


Digərləri 14 Noy 2018 15:07:00 244 0

Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Mirzəbəyov 10 il 6 ay azadlıqdan məhrum edilib.