Hansı mənzili almaq daha sərfəlidir: Təmirli, yoxsa təmirsiz? YENİ TENDENSİYA


Digərləri 14 Noy 2018 14:55:00 301 0

Hansı mənzili almaq daha sərfəlidir: Təmirli, yoxsa təmirsiz?  YENİ TENDENSİYA

Azərbaycanda yeni tikilən binalarda mənzillərin böyük hissəsi təmirsiz olaraq (padmayak) müştərilərə təhvil verilir. Müştərilər isə mənzili aldıqdan sonra bir qədər də vəsait xərcləyib mənzili təmir edirlər. Amma görünən odur ki, bu, heç də sərfəli üsul deyil. 

Avropa ölkələri və Türkiyədə mənzillər tam təmirli şəkildə satışa çıxarılır

Dünya təcrübəsində Azərbaycanda olduğu kimi "padmayak" evlər, demək olar ki, satılmır. Avropa ölkələrində, o cümlədən Türkiyədə evlər təmirli şəkildə təklif edilir. İstisna hallarda təmir olmasa da, "qara işlər" yekunlaşandan sonra mənzil dekorasiyaya hazır şəkildə müştəriyə təhvil verilir. Əmlak bazarı üzrə ekspertlər hesab edirlər ki, xarici ölkələrdə müştərilər evi təmirsiz alıb sonra təmir etməyin sərfəli olmadığını bilirlər. Belə ki, təmirsiz evin sonrada təmiri  ikiqat xərc yaradır. Bu isə mənzilin bazar dəyərindən yüksək olur. Başqa sözlə, təmirə qoyulan pul birmənalı olaraq batır. Bu eynilə Azərbaycanda da belədir.  

"İstənilən halda təmirli mənzil almaq daha sərfəlidir"

Daşınmaz əmlak bazarı üzrə ekspert Asif Yusubov bildirir ki, hazırda Azərbaycanda təmirli mənzil satışı 15%-i keçmir. Bunun bir neçə səbəbi var. Birincisi vətəndaşlar evi alıb özləri təmir etməyə üstünlük verirlər. Digər tərəfdən bu tikinti şirkətləri üçün sərfəli deyil. Çünki təmirli mənzillərdən əldə edilən gəlir nisbətən daha az olur.