“Nəsimi” bazarı sökülür


Digərləri 14 Noy 2018 14:37:00 328 0

“Nəsimi” bazarı sökülür

Bakıda “Nəsimi” bazarı və ətrafındakı bir və ikimərtəbəli evlər söküləcək

Bakıda "Nəsimi" bazarı və ətrafındakı bir və ikimərtəbəli evlər söküləcək.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında bazarın ərazisində tikinti işləri aparacaq şirkətin hüquqşünası Mahir Qarayev bildirib.

Onun sözlərinə görə, bazarın ərazisi "Pilot layihə"yə salınıb:

"Sözügedən ərazi və ətrafındakı birmərtəbəli və ikimərtəbəli binalar söküləcək. Kvartalda dörd bina olacaq. Bazarın rəhbərliyi ilə ilkin danışıqlar aparılıb. Hazırda son danışıqlar gedir.

"Nəsimi" bazarının söküntüsünə şifahi razılıq verilib. Yaxın günlərdə rəsmi şəkildə təsdiqlənəcək. Bazarın söküntü işlərinə isə gələn ilin əvvəllərindən başlanacaq".