"Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir"


Digərləri 14 Noy 2018 14:38:00 271 0

"Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir"

Bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atlılmalıdır: "Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istqiamətində addımlar atmalıdır".

S. Novruzov söyləyib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas götürülməlidir: "Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır".