İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb


Digərləri 14 Noy 2018 14:23:01 273 0

İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb.

Bakı. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, ayrı-ayrılıqda sorğu-sual zamanı İran İslam Respublikasından ölkəmizə gələn həmin vətəndaşlar üzərilərində və onlara məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildiriblər.