Nazir: Azərbaycan Çində ticarət və şərab evləri açmaqda davam edəcək


Digərləri 14 Noy 2018 14:26:00 295 0

Nazir: Azərbaycan Çində ticarət və şərab evləri açmaqda davam edəcək

Azərbaycan Çinə daha çox kənd təsərrüfatı məhsulu, o cümlədən pambıq, tütün, üzüm, eləcə də alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər

Bakı. Sara İsrafilbəyova - Azərbaycan Çinə daha çox kənd təsərrüfatı məhsulu, o cümlədən pambıq, tütün, üzüm, eləcə də alüminium və kimya sənayesi məhsulları ixrac edə bilər. Trend-in məlumatına görə, bunu Çinin “Global Times” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Azərbaycanla Çin arasında qarşılıqlı ticarət həcminin artırılması üçün bir sıra addımlar atılıb: “Ötən ilin sonunda Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olunub. Bu ilin sentyabrında Urumçidə şərab evi, Luçjouda ticarət evi və Şanxay azad ticarət zonasında daha bir şərab evi açılıb. Azərbaycan məhsulları DIG supermarketlər şəbəkəsində satılır və yaxın zamanlarda Şanxayda “G-Super” supermarketlər şəbəkəsində satılmağa başlayacaq”.