Nazir: "2019cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağı proqnozlaşdırılır"


Digərləri 14 Noy 2018 14:12:00 318 0

Nazir: "2019cu ildə əmək pensiyaçılarının orta sayının 1 milyon 294 min nəfər olacağı proqnozlaşdırılır"

Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması və digər işlər geniş vüsət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

S.Babayev bildirib ki, pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanın və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.