“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib”


Digərləri 14 Noy 2018 14:15:00 247 0

“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib”

Atam o vaxtı mənə hirsləndi ki, bəs niyə həkim olmadın.

Son.az bildirir ki, millət vəkili, əməkdar jurnalist Aqil Abbas "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı olub. Millət vəkilinin sözlərinə görə, o, uşaq olanda valideynləri onun həkim olmasını istəyib. Amma Aqil Abbas uşaq yaşlarından ədəbiyyata və rəssamlığa həvəs göstərib. Anası onun xəbəri olmadan 1-ci sinifdən 9-cu sinfə qədər olan bütün dəftərlərini qoruyub saxlayıb. 4-cü sinifdə oxuyanda "Böyüyəndə kim olacaqsan?" mövzusunda ev tapşırığı olub: "Sən demə, həmin dəftərə yazmışam ki, böyüyəndə jurnalist olmaq istəyirəm. Anam dəftəri verəndə məni gülmək tutdu". "Atam o vaxtı mənə hirsləndi ki, bəs niyə həkim olmadın", - millət vəkili əlavə edib. Aqil Abbas bildirib ki, dərslərini yaxşı oxuyub və aktiv şagird olub. Bircə futbolda bəxti gətirməyib: "Ömür boyu istəmişəm futbol oynayım. Qapıçı idim və boyum balaca olduğuna görə yaxşı oynaya bilmirdim. Deyə bilərəm ki, futbolda bəxtim gətirməyib, həmişə ehtiyat qapıçı olmuşam".


Xəbərə aid fotolar