Deputat metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"


Digərləri 14 Noy 2018 13:44:00 233 0

Deputat metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"

"Bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”

Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib. 

Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır: 

"Hökumət hətta, naturallıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir".