Bəxtiyar Əliyev: Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır


Digərləri 14 Noy 2018 13:40:00 223 0

Bəxtiyar Əliyev: Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır

Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi mövcud qanunvericiliyin bütün tələblərinə cavab verir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. B.Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bu, ictimai həyatın bütün sahələrində hiss olunur: “Büdcəmizin sosial, eyni zamanda investisiya yönümlü olması ölkənin iqtisadi potensialını daha da artırır, bir tərəfdən işçi qüvvəsinin, digər tərəfdən isə istehsal sahələrinin genişlənməsinə, irimiqyaslı milli layihələrin gerçəkləşdirilməsinə imkan yaradır. İnanıram ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində növbəti illərdə də büdcəmiz artacaq və əhalinin sosial rifahı yaxşılaşacaq”.