Azərbaycan gimnastı: Ümid edirəm ki, fəxri kürsüyə çıxacağıq


Digərləri 14 Noy 2018 13:48:26 218 0

Azərbaycan gimnastı: Ümid edirəm ki, fəxri kürsüyə çıxacağıq

Mən Milli Gimnastika Arenasında keçirilmiş podium məşqlərindən razı qaldım

Bakı. Cani Babayeva - Mən Milli Gimnastika Arenasında keçirilmiş podium məşqlərindən razı qaldım. Bunu Trend-ə Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda Ruhidil Qurbanlı ilə cütlükdə çıxış edən Azərbaycan gimnastı Abdulla əl-Məşayxi deyib. Gimnast üzvü olduğu cütlüyün turnirdəki şansını yüksək olaraq qiymətləndirir: “Fikrimcə, əgər səhvsiz çıxış etsək, fəxri kürsüyə mütləq çıxacağıq. Biz yarışa ciddi köklənmişik və yaxşı çıxış etməyə çalışacağıq”. A.əl-Məşayxi əlavə edib ki, Milli Gimnastika Arenasında idmançılar üçün əla şərait yaradılıb və yarışlar hər zaman yüksək səviyyədə keçirilir.