Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır


Digərləri 14 Noy 2018 13:38:00 332 0

Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır

Azərbaycanın şərab istehsalçıları bu ilin sonunda Monqolustana məhsul ixrac etməyə hazırlaşır. Şirkətlər artıq bu istiqamətdə müqavilələr imzalayıb.

Son.az "report"-a istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, 1 həftə bundan əvvəl Çinin Şanxay şəhərində açılmış Azərbaycan Şərab Evində 120-dən çox çeşiddə şərab məhsullarının satışı həyata keçirilir.

"Üstəlik, bu ayın əvvəlində Çinə təşkil edilmiş səfər çərçivəsində Azərbaycan şirkətləri 50 mln. ABŞ dolları dəyərində razılaşmalar əldə edib", - deyə o, əlavə edib.