Sərxoş aktrisa bunu etdiyi üçün hotelden qovuldu


Şou-biznes 14 Noy 2018 13:29:00 242 1

Sərxoş aktrisa bunu etdiyi üçün hotelden qovuldu

Məşhur aktrisa Gizem Karaca hoteldən qovulub.

Son.az publika-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl narkotik ticarəti ilə məşğul olmaqda ittiham edilən aktrisa "Bizim Semtin Çocukları" filmin çəkilişləri üçün Fethiyeyə yollanıb. O, qaldığı hoteldə spirtli içki qəbul edib. İddialara görə, sərxoş aktrisa hotelin içində qışqırmağa başlayıb.

Əvvəlcə aktrisanı hotel işçiləri sakitləşdirməyə çalışıb, sonra isə filmin heyəti məsələyə müdaxilə edib. Ancaq mübahisə daha da böyüməyə başlayıb. Hotel rəhbərliyi özünü apara bilməyən və müştəriləri narahat edən içkili kino ulduzunun hoteldən çıxıb getməsini tələb edib. Bundan sonra o, başqa bir hotelə yerləşib.


Xəbərə aid fotolar