ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini dekabrda müzakirə edəcək


Dünya 14 Noy 2018 13:12:00 278 0

ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini dekabrda müzakirə edəcək

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Örl Litzenberger dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında növbəti dəfə çıxış edəcək.

Son.az bildirir ki, bu barədə report-a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məlumat verib.

Onun sözlərinə görə, komitə Ö.Litzenbergerin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Ö.Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi bu ilin oktyabr ayında Senat Komitəsində müzakirə olunub.