"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim" FOTO


Şou-biznes 14 Noy 2018 13:02:00 270 0

"Onun gözəlliyinə aşiq olub oğlu ilə evləndim"  FOTO

Mən o evə gəlin gələndə bütün ətrafında olanlar ona deyirmiş ki, ondan sənə gəlin olmaz, müğənnidir, gözü yeri görmür. Neynirsən onu. O söhbətin üzərindən 27 il ötür. Hətta gəlinlər, qayınanalar var ki, evində yoldaşı ola-ola ər evinin bir adamını belə nə tanıyır, nə də tanımaq istəyir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova İnstaqram hesabında yazıb. Qayınanası Aynişan xanımdan danışan müğənni bunları qeyd edib:

"İndi o adamlara bir sual vermək istəyirəm. Niyə bilmədiyinizi danışırdınız? İndi siz özünüz hardasınız? Gəlin evə gəlməmiş onun yerini soyuq etmək üçün əlinizdən nə gəlirsə, onu edib, yerinə o ailə üçün onun kim olacağına xitam verib, hələ gəlməmiş artıq evə sanki bir yad gəlir kimi formalaşdırırsız?

27 il bir igidin ömrüdür. Kaş ki, öz qızınız sizi qayınanamın məni, mənim onu sevdiyim kimi sevsə...  Qayınanam mən xəstə olanda elə qulluq edib ki, onu bəzən doğma analar öz övladı üçün etmir. Qayınanam dünyanın ən gözəl qadınıdır. Dünya rəssamları onun gözəlliyini görsələr, bəlkə də əsl Madonna adlandırardılar. Şəxsən onun gözəlliyinə aşiq olub oğlu ilə evlənmişəm.