Lenin 2024cü ildə dəfn edilsin


Dünya 14 Noy 2018 13:06:00 233 0

Lenin 2024cü ildə dəfn edilsin

Rusiyada Leninin ölümündən 100 il sonra dəfn edilməsi təklif olunub

Rusiya hökumətindən Vladimir Leninin nəşinin gələcək taleyini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratmaq xahiş edilib.

Son.az report-a istinadən bildirir ki, Nazirlər Kabinetinə müraciəti Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı Vladimir Petrov ünvanlayıb.

Deputat hesab edir ki, 2024-cü ildə - Leninin ölümünün 100 illiyində vida mərasimi təşkil edib nəşi dəfn etmək lazımdır.