Millət vəkili: "Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir"


Digərləri 14 Noy 2018 12:51:00 265 0

Millət vəkili: "Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir"

Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün siğınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur: "Mədəniyyət bir ölkənin pasportudur. Çünki mədəniyyət bir çox sahələri özündə birləşdirir. Əlbəttə, mədəniyyətə daha çox diqqət ayrılmalıdır. Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox diqqət ayırılmalıdır. İstər bədii, istərsə də sənədli filmlər olsun, illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir. Ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha çox vəsaitin ayrılmasına ehtiyac var".