Azərbaycanlı gimnast: Akrobatika gimnastikası üzrə Dünya Kubokunda məqsədimiz birinci yer tutmaqdır


Digərləri 14 Noy 2018 12:58:31 238 0

Azərbaycanlı gimnast: Akrobatika gimnastikası üzrə Dünya Kubokunda məqsədimiz birinci yer tutmaqdır

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim bir məqsədimiz var – birinci yer tutmaq

Bakı. Akrobatika gimnastikası üzrə Dünya Kubokunda bizim bir məqsədimiz var – birinci yer tutmaq. Bunu Trend-ə azərbaycanlı gimnast, Murad Əkpərovla cütlükdə çıxış edən Seymur Cəfərov deyib. O bildirib ki, yoxlama məşqi uğurla keçib: “Bəzi mənfi məqamlar olsa da, onları düzəltməyə vaxt var. Ümid edirəm ki, biz turnirdə uğurla çıxış edəcəyik, hədəfimiz birinci yeri tutmaqdır. Biz həm fiziki, həm də psixoloji baxımdan hazırıq”. S.Cəfərof əlavə edib ki, akrobatika gimnastikası üzrə Dünya Kubokunun ilk dəfə olaraq Bakıda keçirilməsi məsuliyyət hissini daha da artırır: